Tramp NATO-nun baş katibi ilə danışıqların əsas mövzularını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte müdafiə xərcləri, silah istehsalı ilə bağlı məsələləri, eləcə də beynəlxalq vəziyyəti müzakirə ediblər.
"Far.Az" xəbər verir ki, bu barədə Tramp noyabrın 25-də Floridadakı Mar-a-Laqo iqamətgahında Rütte ilə keçirilən görüşün yekunlarına dair birgə bəyanatı "Truth Social" sosial şəbəkəsində paylaşaraq bildirib.
Danışıqların əsas mövzuları Rusiya ilə Ukrayna arasındakı müharibə və İrandakı münaqişə olub. Tərəflər həmçinin alyansın Haaqa və Ankaradakı sammitlərində ABŞ və NATO-nun əldə etdiyi nailiyyətləri müzakirə ediblər.
Tramp görüşün məhsuldar olduğunu bildirərək qeyd edib ki, tərəflər Rusiya və Ukraynanın münaqişənin miqyasının qəsdən və ya qeyri-ixtiyari genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinmələrinin vacibliyini, habelə onun ən qısa zamanda sülh yolu ilə nizamlanmasının zəruriliyini ətraflı müzakirə ediblər.
Bundan başqa, görüş iştirakçıları ABŞ və NATO ölkələrinin müdafiə xərcləri və müdafiə sənayesinə investisiya qoyuluşu ilə bağlı məsələləri nəzərdən keçiriblər.
Tramp bildirib ki, ABŞ müdafiə şirkətləri 20-dən çox yeni istehsal obyektinin inşasını həyata keçirirlər. Onun sözlərinə görə, əsas diqqət "Patriot" və THAAD sistemlərinin, "Tomahawk" qanadlı raketlərinin, həmçinin yeni növ hücum və müdafiə silahlarının istehsalına yönəldilib.
O əlavə edib ki, ABŞ hazırda əvvəlkindən daha çox hərbi texnika və sursat istehsal edir və bunun gələcəkdə Vaşinqtonun bütün dünyadakı müttəfiqlərinə və tərəfdaşlarına əhəmiyyətli dərəcədə fayda verəcəyinə əminliyini ifadə edib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Rahim Sterlinqin cəzası məlum oldu













