Ramin Məmmədov Azərbaycan qadınlarının dini-mənəvi irsimizin qorunmasındakı rolundan danışıb
Far.Az xəbər saytı

Ramin Məmmədov Azərbaycan qadınlarının dini-mənəvi irsimizin qorunmasındakı rolundan danışıb


Azərbaycan qadınının ictimai fəallığı tarix boyu dini-mənəvi irsin yaradılması və yaşadılması prosesində də özünü göstərib.

BAKU.WS xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən mətbuat konfransında deyib.

Ramin Məmmədov qeyd edib ki, Gövhər ağanın Şuşada öz vəsaiti hesabına Yuxarı və Aşağı Gövhər ağa məscidlərinin, Nabat xanım Aşurbəyovanın isə Təzəpir məscidinin tikintisini maliyyələşdirməsi bu ənənənin parlaq nümunələrindəndir.

Komitə sədri bildirib ki, bu gün həmin xeyriyyəçilik və himayədarlıq ənənəsi Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ilə davam etdirilir.

Onun sözlərinə görə, Fondun təhsil, səhiyyə, mədəniyyət, humanitar əməkdaşlıq, milli-mədəni və dini irsin yaşadılması sahələrində həyata keçirdiyi layihələr qadın liderliyinin geniş ictimai miqyasını nümayiş etdirir.

Ramin Məmmədov xüsusilə işğaldan azad edilmiş ərazilərdə tarixi-dini abidələrin təmir və bərpası, dini-mənəvi irsin yenidən dirçəldilməsi istiqamətində görülən işlərə diqqət çəkib.

O vurğulayıb ki, Gövhər ağanın vaxtilə tikdirdiyi məscidlərin Heydər Əliyev Fondu tərəfindən bərpası Azərbaycan qadınının dini-mənəvi irsin yaşadılmasındakı tarixi rolunun davamlılığını göstərir.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər