"Prior Leasing"in istiqrazlarına 293 investor maraq göstərib
Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Prior Leasing" ASC-nin 2 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Far.Az" bu barədə birjaya istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd istiqraz abunə yazılışı üsulu ilə yerləşdirilib. Abunə yazılışı sentyabrın 21-dən noyabrın 19-na qədər həyata keçirilib. İstiqrazlara 293 investor ümumi dəyəri 2 milyon manat olan 375 sifariş təqdim edib, 286 investorun 368 sifarişi təmin edilib. Bununla da, yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Oxşar xəbərlər
"Prior Leasing" 2 milyon manatlıq istiqraz buraxır
ABB-nin istiqrazlarına 500-dən çox investor maraq göstərib
ABB-nin istiqrazlarına 600-ə yaxın investor maraq göstərib
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib
"FINCA Azerbaijan" BOKT-un istiqrazlarına 54 investor maraq göstərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













