"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib
Far.Az xəbər saytı

"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib


Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) 10 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Far.Az" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 100 manat olan 100 000 ədəd istiqraz kütləvi hərrac üsulu ilə yerləşdirilib. İstiqrazlar hər biri 5 milyon manatlıq olmaqla 2 tranşda çıxarılıb.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə investorlara təklif olunub və onlara 282 investor maraq göstərib. Belə ki, istiqrazların 1-ci tranşına 136 investor 15,974 milyon manatlıq 154 sifariş, 2-ci tranşına isə 146 investor 15,86 milyon manatlıq 229 sifariş təqdim edilib ki, müvafiq olaraq 134 investorun 152 sifarişi və 138 investorun 219 sifarişi təmin edilib. Bununla da, yerləşdirmə tam baş tutub.

1-ci tranşda istiqrazların müddəti 12 ay, illik faiz dərəcəsi 10 %, 2-ci tranşda isə istiqrazların müddəti 24 ay, illik faiz dərəcəsi 11 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir.

Oxşar xəbərlər

Azərbaycanda bank maşınları satışa çıxarıldı - 4 min manatdan başlayır
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
ABB-nin istiqrazlarına 500-dən çox investor maraq göstərib
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər