Azərbaycan BMT Günü münasibətilə Aşqabadda xüsusi stendlə təmsil olunub
Aşqabad şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Türkmənistandakı Nümayəndəliyində BMT Günü münasibətilə tədbir keçirilib.
"Report"un Avropa bürosu xəbər verir ki, tədbirdə Azərbaycan ölkənin Türkmənistandakı Səfirliyinin xüsusi guşəsi ilə təmsil olunub.
Türkmənistan xarici işlər nazirinin müavini Mehri Başimova diplomatik korpus nümayəndələri ilə birlikdə Azərbaycan guşəsi ilə tanış olub.
Tədbir çərçivəsində səfirlik üçün ayrılmış guşədə Azərbaycanın zəngin tarixi və mədəni irsi, milli dəyərləri və adət-ənənələri, eləcə də ölkəmizin iqtisadi və turizm potensialı haqqında məlumatlar təqdim edilib. Həmçinin "Made in Azerbaijan" brendi altında istehsal olunan məhsullar nümayiş etdirilib. Təqdim olunan məhsullar arasında Azərbaycanın mineral suyu "İstisu" xüsusi maraqla qarşılanıb.
Guşədə Azərbaycan milli mətbəxinin ləziz yeməkləri və şirniyyatları da qonaqlara təqdim olunub. İştirakçılara milli yemək və şirniyyatlarımız haqqında məlumat verilib, onlar Azərbaycan mətbəxinin zəngin təamlarını dadmağa dəvət ediliblər.
Bununla yanaşı, Azərbaycanın tarixi, mədəniyyəti, xalça sənəti, incəsənəti və turizm potensialı haqqında kitab və broşürlər nümayiş etdirilib və tədbir iştirakçılarına paylanılıb.
Tədbir proqramı çərçivəsində müxtəlif ölkələrin milli adət-ənənələri və musiqi mədəniyyəti də təqdim olunub. Proqram çərçivəsində nümayiş etdirilən Azərbaycan milli rəqsləri isə qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Oxşar xəbərlər
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Türkiyə mətbəxinin ləziz məkanı "Günaydın" restoranına "5 ulduz" sertifikatı verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
-
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub













