Rusiya oktyabrın 27-dən Xerson istiqamətində atəşkəs elan edib - Yenilənib
Rusiya Silahlı Qüvvələri Xerson vilayətinin Oleşki şəhəri ərazisində humanitar əməliyyatın keçirilməsi ilə əlaqədar oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan (Bakı vaxtı ilə 05:00 – red.) Xerson istiqamətində atəşi dayandıracaq.
"Far.Az" Rusiya Müdafiə Nazirliyinin bəyanatına istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.
Onun sözlərinə görə, insanların təhlükəsizliyinin təmin edilməsi və sosial əhəmiyyətli yüklərin çatdırılması üçün mühəndis kəşfiyyatı və humanitar karvanın Oleşkiyə təhlükəsiz hərəkətinin təmin edilməsi üzrə tədbirlər həyata keçiriləcək.
"Humanitar əməliyyatın keçirilməsi ilə əlaqədar Rusiya Federasiyasının Silahlı Qüvvələri tərəfindən Xerson istiqamətində atəş dayandırılır və 27 oktyabr 2026-cı il tarixində Moskva vaxtı ilə səhər saat 04:00-dan etibarən "sükut rejimi" tətbiq edilir", - məlumatda qeyd olunub.
Rusiya və Ukrayna humanitar yardımın çatdırılması və mülki əhalinin xüsusi olaraq müəyyən edilmiş təhlükəsiz dəhliz yolu vasitəsilə təxliyəsi üçün Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində hərbi əməliyyatların müvəqqəti dayandırılması barədə razılığa gəlib.
"Far.Az" Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin birinci xanımı Melaniya Tramp bildirib.
Lokal atəşkəs 2026-cı il oktyabrın 29-u başlamalıdır.
Onun sözlərinə görə, tərəflər onun vasitəçiliyi və birbaşa Rusiya və Ukrayna rəhbərliyi ilə əlaqədə olan nümayəndəsinin iştirakı ilə yerli atəşkəs şərtlərini razılaşdırıblar.
"Oleşkidəki vəziyyət dəhşətlidir. Oleşki fəlakət astanasında olan cəbhəyanı şəhərdir. Qalan əhali əsasən yaşlı insanlardan ibarətdir və onlar təcili tibbi yardıma, dərmanlara, ərzağa və təmiz suya ehtiyac duyurlar", - Melaniya Tramp bəyan edib.
O qeyd edib ki, şəhər sakinləri elektrik təchizatında fasilələrlə üzləşir, minalanmış yollarda hərəkət edir və mütəmadi olaraq hərbi hücumlara məruz qalırlar.
ABŞ-nin birinci xanımının sözlərinə görə, Rusiya və Ukrayna nümayəndələri zəruri yardım səviyyəsini müəyyən etmək üçün Oleşki sakinlərini evlərində ziyarət edəcəklər. Şəhəri tərk etmək istəyən sakinlərə seçdikləri istiqamətə - Rusiyaya və ya Ukraynaya nəqliyyat vasitəsi təmin ediləcək.
Oxşar xəbərlər
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
-
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər













