Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb
Far.Az xəbər saytı

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb


İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb.

"Far.Az" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə o, "Channel 10" iqtisadi telekanalına verdiyi müsahibədə bildirib.

Sanksiyaların İsrail iqtisadiyyatına mümkün təsirləri barədə suala cavab verən Netanyahu belə bir perspektivdən narahat olduğunu etiraf edib.

Baş nazir, həmçinin bildirib ki, İsrail müdafiə büdcəsinə ABŞ yardımının dayandırılmasına hazırlaşmalıdır.

"On milyardlarla dollar Amerika yardımı müdafiə büdcəsinə sonsuza qədər daxil olmayacaq. Çünki Amerika dəyişib. İsrail dəyişdiyi üçün deyil. Bunun sonu gələcək, bu zaman məsələsidir", - o deyib.

Mümkün bank məhdudiyyətlərindən danışan hökumət başçısı alternativ iqtisadi mexanizmlərin yaradılmasının zəruriliyini vurğulayıb.

"Başa düşmək lazımdır ki, sanksiyalar mümkündür. Bank sanksiyaları isə o deməkdir ki, onları yan keçməyə qadir alternativ iqtisadiyyat təşkil etmək lazımdır", - Netanyahu qeyd edib.

Bu kontekstdə o bu cür məhdudiyyətləri yan keçməyə imkan verən valyutaları, o cümlədən blokçeyn əsaslı kriptovalyutaları qeyd edib.

Baş nazirin sözlərinə görə, blokçeyn İsrailin mümkün sanksiyaları yan keçmək üçün nəzərdən keçirdiyi variantlardan biridir. O əlavə edib ki, artıq müvafiq planın hazırlanmasını tapşırıb.

Oxşar xəbərlər

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər