Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı
İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanın vəsatətini təmin edib.
Robert Koçaryan avqustun 25-də saxlanılıb. Keçmiş prezidentə əmlakın qanunsuz əldə edilməsi ilə bağlı iş üzrə ittiham irəli sürülüb.
İstintaqın versiyasına görə, Koçaryan prezidentliyi dövründə digər şəxslərlə əlbir olaraq vəzifə səlahiyyətlərindən istifadə edib və bir sıra ictimai və iqtisadi əhəmiyyətli obyektləri bazar qiymətindən aşağı qiymətə əldə edib.
Avqustun 27-də onun barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib. Koçaryanın oğlu Sedrak Koçaryan da iki ay müddətinə həbs edilib. Bu gün onun da həbs müddəti daha iki ay uzadılıb.
Cinayət işi çərçivəsində Koçaryan ailəsinə məxsus 35 əmlak vahidi araşdırılır. Həmçinin bəzi şirkətlərin fəaliyyəti dayandırılıb və onların obyektləri möhürlənib.
Qeyd edək ki, oktyabrın 14-də Apellyasiya Məhkəməsi Ermənistanın ikinci prezidentinin vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini rədd edib.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
-
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər













