Çexiya şirkəti Azərbaycanın azad edilmiş ərazilərindəki layihələrdə iştirak edə bilər
Far.Az xəbər saytı

Çexiya şirkəti Azərbaycanın azad edilmiş ərazilərindəki layihələrdə iştirak edə bilər


Çexiyanın "Škoda Group" şirkəti Bakının, Azərbaycanın işğaldan azad edilmiş əraziləri daxil olmaqla, ölkənin digər şəhərlərinin ehtiyacı olan modernləşdirmə layihələrinin həyata keçirilməsində tərəfdaş kimi çıxış etməyə hazırdır.

Bu barədə "Report"a müsahibəsində şirkətin Mərkəzi Asiya və Cənubi Qafqazla bağlı satış üzrə vitse-prezidenti Roman Sorkin bildirib.

Onun sözlərinə görə, "Škoda Group" bu kimi məsələləri həll etmək üçün lazımi texnologiyalara malikdir: "Azərbaycanla əlaqələri inkişaf etdirir, dayanıqlı şəhər mobilliyi sahəsində ölkənin strateji tərəfdaşı olmağa çalışırıq. Söhbət kütləvi ictimai nəqliyyatın bütün növlərindən, o cümlədən tramvay sistemləri və yüngül relsli nəqliyyatdan gedir. "Bakı metrosunu strateji layihə hesab edirik. "Škoda Group" olaraq özümüzü sovet dövrünün infrastruktur həllərindən istifadə edilməklə inşa edilmiş və xüsusən də Praqa və Bakıda qorunub saxlanılan metropolitenlər üçün qatarların ən təcrübəli Avropa istehsalçılarından biri hesab edirik. Bizim əsas üstünlüyümüz qabaqcıl Avropa texnologiyalarının Bakı metrosunun mövcud infrastrukturuna inteqrasiya imkanı ilə vəhdət təşkil etməsidir".

R.Sorkin qeyd edib ki, "Škoda Group" ilk dövrlərdən etibarən Avropa İttifaqının "Global Gateway" təşəbbüsündə fəal iştirak edir və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafını izləyir: "Biz elektrik lokomotivlərinin və digər elektriklə işləyən dartıcı avadanlıqların istehsalı sahəsində böyük təcrübəyə malikik. Buna görə də bu nəqliyyat marşrutlarının inkişafı ilə bağlı layihələrdə iştirak etməyə hazırıq".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər