Azərbaycana gətirilmiş ukraynalı uşaqlar müxtəlif ekskursiyalara cəlb edilib
Far.Az xəbər saytı

Azərbaycana gətirilmiş ukraynalı uşaqlar müxtəlif ekskursiyalara cəlb edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan Azərbaycana gətirilmiş uşaqlarla bağlı həyata keçirilən reabilitasiya tədbirləri davam etdirilir.

Nazirlikdən "Far.Az"a bildirilib ki, reabilitasiya proqramı çərçivəsində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların ölkəmizin tarixi, mədəniyyəti və təbiəti ilə yaxından tanış olmaları məqsədilə Qəbələ və Şəki rayonlarına ekskursiyalar təşkil edilib.

Ekskursiyalar zamanı uşaqlar Qəbələdə Tarix-Diyarşünaslıq Muzeyini, Tufandağ İstirahət Kompleksini və Qəbələnd Əyləncə Mərkəzini, Şəkidə isə Xan Sarayını ziyarət ediblər. Proqram iştirakçılarının yaxın günlərdə digər bölgələrimizə səfərləri də nəzərdə tutulub.

Qeyd edək ki, 10 günlük sosial reabilitasiya proqramına cəlb edilən uşaqlarla sosial-psixoloji dəstək və sosial adaptasiya istiqamətində iş aparılır.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər