Rusiya Baş Konsulluğu repçi Navainin həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib
Rusiyanın Almatıdakı Baş Konsulluğu Navai təxəllüsü ilə tanınan azərbaycanəsilli Rusiya repçisi Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstanın Xarici İşlər Nazirliyinə (XİN) nota göndərib.
"Far.Az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya konsulluğunun mətbuat xidmətinin əməkdaşı məlumat verib.
"Biz Qazaxıstan XİN-ə Rusiya vətəndaşı ilə bağlı vəziyyətə dair rəsmi şərh verilməsi xahişi ilə nota göndərmişik. Baş Konsulluq hadisələrin inkişafını izləyir", - o qeyd edib.
Bəkirov oktyabrın 13-də Qırğızıstandan Qazaxıstana daxil olarkən "Korday" sərhəd məntəqəsində saxlanılıb. Polisin məlumatına görə, sənətçinin içində olduğu avtomobilə baxış zamanı narkotik maddə aşkar edilib.
Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. İş üzrə istintaq aparılır.
Sənətçinin vəkili Rəna Kərimova bildirib ki, Bəkirov iki ay müddətinə həbs edilib.
Oxşar xəbərlər
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Nəvai Qazaxıstanda iki aylıq həbs edilib
Navainin saxlanılması ilə bağlı DETALLAR - Onu nə gözləyir?
Navainin Kişineudakı konserti təxirə salınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
"Real"ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib













