Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib
Far.Az xəbər saytı

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib


Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko işgüzar səfər çərçivəsində Xankəndi şəhərində olub.

Bu barədə "Report"a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qonaqları qarşılayan Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov onlara Xankəndi şəhərinin tarixi, burada həyata keçirilən bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində Xankəndi şəhərinə və Kərkicahan qəsəbəsinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunur. Eyni zamanda, ərazilərdə yaşayış infrastrukturunun bərpası, şəhərin inkişafı və sakinlərin rahat yaşayışının təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.

İqor Sergeyenkonun başçılıq etdiyi heyət Xankəndi şəhərində yerləşən Zəfər parkını da ziyarət edib. Zəfər parkını ziyarətdən sonra Qarabağ Universiteti ilə tanış olan nümayəndə heyətinə, bu ali təhsil müəssisəsinin fəaliyyəti, tədris imkanları və işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Kərkicahan, Xanyurdu və Təzəbinəyə köçən ailələrə mənzillərin açarları təqdim edilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər