Kərkicahan, Xanyurdu və Təzəbinəyə köçən ailələrə mənzillərin açarları təqdim edilib
Far.Az xəbər saytı

Kərkicahan, Xanyurdu və Təzəbinəyə köçən ailələrə mənzillərin açarları təqdim edilib


Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi ilə Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidməti və Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, bu köç də daxil olmaqla, ümumilikdə Kərkicahana 35 (140 nəfər), Xanyurduna 129 (455 nəfər), Təzəbinəyə isə 147 ailənin (650 nəfər) daimi qayıdışı təmin olunub.

*** 13:20

Növbəti köç karvanları Xocalı rayonunun Xanyirdi və Təzəbinə kəndləri ilə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu mərhələdə Xanyurdu kəndinə 6 (24 nəfər), Təzəbinə kəndinə 8 (41 nəfər), Kərkicahan qəsəbəsinə isə 5 ailənin (25 nəfər) daimi qayıdışı təmin edilib

*** 12:44

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu, Təzəbinə və Ağdərə rayonunun Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 5 ailə - 25 nəfər, Xocalı rayonunun Xanyurdu kəndinə 6 ailə - 24 nəfər, Təzəbinə kəndinə 8 ailə - 41 nəfər, Ağdərə rayonunun Həsənriz kəndi isə 10 ailə - 52 nəfər daimi qayıdışı həyata keçirilir.

Bununla da ümumilikdə Xanyurdu kəndində 129 ailə (455 nəfər), Təzəbinə kəndinə isə 147 ailə (650 nəfər), Ağdərə rayonu Həsənriz kəndinə isə 724 ailə, (2718 nəfər) daimi qayıdışı təmin edilib.

Oxşar xəbərlər

Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Seyidbəyli kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər