Azərbaycanda kriptoaktivlər sahəsində qanunvericiliyə dəyişikliklər gözlənilir
Azərbaycanda kriptoaktivlərlə bağlı metodologiyanın hazırlanması üzrə işlər yekunlaşmaq üzrədir və sənəd hazırda aidiyyəti dövlət qurumları ilə son razılaşdırma mərhələsindədir.
Bunu "Report"a açıqlamasında "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin üzvü və "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin üzvü Rasim Xammədov deyib.
Onun sözlərinə görə, dövlət qurumlarından rəy və təkliflər alındıqdan sonra sənəd Mərkəzi Bankın təqdimatı ilə Milli Məclisə göndəriləcək.
"Düşünürəm ki, bu proses hələ bir-iki ay çəkəcək. İnanıram ki, cari ilin sonunadək sənədin Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.
Yeni qaydalarla bağlı 120-dən çox düzəliş, şərh və təklif irəli sürülüb. Bunlar qüvvədə olan qaydalara və qanunvericiliyə dəyişikliklərlə bağlıdır. Hazırda təkliflər razılaşdırma prosesindədir. Proses başa çatdıqdan sonra sənəd assosiasiyalara qaytarılacaq.
Bununla yanaşı, Mərkəzi Bank qanunvericiliyə dəyişikliklər və yeni təkliflərlə bağlı müraciətlərə açıqdır. Hazırda assosiasiyalarla bu istiqamətdə iş aparılır. Qanunvericiliyə dəyişiklik və təkliflərlə bağlı işləri, güman edirəm ki, noyabr ayınadək yekunlaşdıraraq Mərkəzi Banka təqdim edəcəyik", - deyə R. Xammədov bildirib.
O qeyd edib ki, təkliflər hazırlanarkən üç əsas istiqamət nəzərə alınacaq.
"Birincisi, xarici bazarlarla Azərbaycan bazarı arasındakı fərqləri qiymətləndirməkdir. İkincisi, 2024-cü ildə qüvvəyə minmiş qanunun son iki il ərzində tətbiqi zamanı baş verən dəyişiklikləri və qanunvericiliyin təkmilləşdirilməsi ehtiyacını müəyyənləşdirməkdir. Üçüncüsü isə Mərkəzi Bankın 2027–2030-cu illər üzrə yeni strategiyasına uyğun olaraq gələcəkdə hansı dəyişikliklərin edilməsinin məqsədəuyğun olduğunu müəyyənləşdirməkdir. İstəyirik ki, bu istiqamətlər üzrə hazırlanan təkliflər qanunvericilikdə öz əksini tapsın", - deyə R. Xammədov vurğulayıb.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakı–Ələt–Qazax magistralının sonuncu hissəsinin genişləndirilməsi yekunlaşmaq üzrədir
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
-
Ucarda sərnişin avtobusu yandı
-
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə rəhbər təyin edilib
-
"Abşeron" yatağının işlənməsinə Fransanın "Vallourec" şirkəti də qoşulur
-
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
-
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib













