"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
Far.Az xəbər saytı

"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib


İngiltərə təmsilçisi "Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-nın 2026/2027 mövsümü üçün texniki müşahidəçilər qrupuna daxil edilib.

"Report" xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

36 mütəxəssisdən ibarət qrup Avropa klub turnirlərində keçirilən oyunları təhlil edir, taktiki tendensiyaları və məşqçilərin qərarlarını qiymətləndirir. Müşahidəçilər, həmçinin statistik məlumatlar və video materiallar əsasında texniki hesabatlar hazırlayırlar.

Arne Slotla yanaşı, Erik ten Haq, Ule-Qunnar Sulşer, Qaret Sautqeyt, Tomas Frank və Rafael Benites də qrupun üzvləri sırasına daxil ediliblər.

Qeyd edək ki, Arne Slot bu ilin mayında "Liverpul"dan ayrılıb. Niderlandlı mütəxəssis 2024-cü ildən İngiltərə klubuna rəhbərlik edib və 2024/2025 mövsümündə Premyer Liqanın qızıl medallarını qazanıb.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər