İsrailin şimalında baş verən partlayışda yaralananlardan biri ölüb - YENİLƏNİB
İsrailin şimalında, Livanla sərhəd yaxınlığındakı Ramim dağ silsiləsində baş verən partlayış nəticəsində 14 yaşlı yeniyetmə ölüb.
Bu barədə "Far.Az" İsrailin "12-ci telekanal"ına istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində 24 nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır.
İsrailin şimalında, Livanla sərhəd yaxınlığında yerləşən Ramim dağ silsiləsi ərazisində baş verən partlayış nəticəsində məktəblilər və müəllimlər daxil olmaqla 20-yə yaxın insan xəsarət alıb.
"Far.Az" xəbər verir ki, bu barədə "Magen David Adom" (MDA) təcili yardım xidmətinin məlumatında deyilir.
Tibb işçilərinin məlumatına görə, xəsarət alanlardan birinin vəziyyəti kritikdir, iki nəfər ağır, daha üç nəfər isə orta ağır dərəcəli xəsarət alıb. Daha 15 yaralının vəziyyəti qənaətbəxşdir.
Müəyyən edilib ki, partlayış Peer müşahidə meydançasının yaxınlığında məktəb ekskursiyası zamanı baş verib. Partlayışa partlamamış sursatın detonasiyasının səbəb olduğu ehtimal olunur.
İsrail Müdafiə Ordusu partlayışın başvermə hallarının araşdırılmasına başladığını bildirib.
Oxşar xəbərlər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Məktəblilər DSX-nin hərbi akademiyasını ziyarət edib
İsraildə baş verən partlayış nəticəsində 20-yə yaxın insan xəsarət alıb
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Badamdarda yaşayış binasında partlayışda xəsarət alan şəxsin vəziyyəti ağırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlib
-
Bakıda III Milli Rəqabət Forumu keçirilir
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI













