Ürəyimiz yananda çay: Bakı bulvarında festival
Bakı bulvarında Çay Festivalı keçirilir.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, festival Dənizkənarı Bulvar İdarəsi tərəfindən çay mədəniyyətini təqdim etmək üçün təşkil olunub.
Azərbaycan mədəniyyətində və süfrəsində xüsusi yer tutan, insanları birləşdirən, qonaqpərvərlik ənənələrimizin əsas elementlərindən olan çayın Bakı bulvarı ilə tarixən bağlılığı var.
Qeyd edək ki, çay süfrəsinin bütün elementlərinin əks olunduğu festival ərazisi tədbirin adına və ruhuna uyğun hazırlanıb.
Çay süfrəmizin ənənəvi atributlarından biri olan armudu stəkanın 6 metr hündürlüyündə dekorativ təsviri də festivalın diqqətçəkən elementlərindəndir.
Dənizkənarı Bulvar İdarəsinin əməkdaşlarının əl işi olan bu dekorasiya Azərbaycan çay süfrəsinin ənənələrini fərqli formada təqdim edir. İşıqlarla bəzədilmiş bu atribut xüsusən axşam saatlarında xoş görüntü yaradır.
Festival çərçivəsində Azərbaycanın aparıcı çay istehsalçılarının məhsulları, bölgələrimizə xas şirniyyatlar və Qarabağ və Şərqi Zəngəzurdan gətirilən bitki çayları təqdim olunur. Ziyarətçilər, həmçinin çay süfrəsinin ənənəvi atributları, samovarlar və dekorativ əşyalarla tanış ola bilərlər.
Festivalda özünəməxsus çay mədəniyyəti ilə seçilən ölkələrin ənənələri də nümayiş etdirilir. Özbəkistanın özünə məxsus çay süfrəsi, çayın vətəni sayılan Çinin çay ənənələri festivalda təqdim olunur.
Tədbirin məqsədi Azərbaycanın milli çay mədəniyyətini tanıtmaq, yerli istehsalçıların müxtəlif məhsullarını təşviq etmək və çayı yalnız bir içki kimi deyil, insanları birləşdirən mədəni ənənə kimi təqdim etməkdir.
Çay Festivalı oktyabrın 18-dək hər gün saat 12:00-dan 23:00-dək davam edəcək. Festivala giriş sərbəstdir.
Qalereya
Oxşar xəbərlər
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
WUF13 Festivalı çərçivəsində Bakı Dənizkənarı Bulvarında "İctimai proqram" baş tutub
Xanlar Ağalarov: Xəzərin səviyyəsinin azalması Bakı bulvarı üçün də yeni çağırışlar yaradır
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Biləcəri-Yalama dəmir yolunu elektrikləşdirmək 450 milyon dollara başa gələcək
-
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu
-
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb













