Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb
Far.Az xəbər saytı

Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb


Əfqanıstanın Kunar vilayətində orta məktəbdə baş verən güclü partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər isə yaralanıb.

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan hökumətinin rəsmi nümayəndəsinin müavini Həmdullah Fitrət "X" sosial şəbəkəsində bildirib.

"Dərin hüznlə bildiririk ki, bu gün səhər saatlarında Kunar vilayətinin mərkəzində, Andirsir bölgəsində məktəbin yaxınlığında partlayış baş verib, ilkin məlumatlara görə, nəticədə məktəbin 7 şagirdi ölüb və 99-dan çox insan yaralanıb", - o yazıb.

Həmdullah Fitrət əlavə edib ki, ilkin təhqiqata əsasən, partlayış qeyd olunan məktəbin yaxınlığında yerləşən, filiz hasilatı ilə məşğul olan şirkətlərə məxsus partlayıcı maddələr anbarında səhlənkarlıq və diqqətsizlik səbəbindən baş verib.

Oxşar xəbərlər

Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb - Yenilənib-2
Ağdərənin Canyataq kəndində "Dəmirli" Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlıq
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər