Camal Qamzatxanov Bakıda keçirilən dünya çempionatında bürünc medal üçün tatamiyə çıxacaq
Far.Az xəbər saytı

Camal Qamzatxanov Bakıda keçirilən dünya çempionatında bürünc medal üçün tatamiyə çıxacaq


Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) Bakıda təşkil olunan dünya çempionatında yarımfinala yüksəlib.

Far.Az report-a istinadən xəbər verir ki, o, yarımfinalda rusiyalı İnal Tasoyevə uduzub.

C.Qamzatxanov bürünc medal uğrunda yarışda Azərbaycanın digər təmsilçisi Kənan Nəsibovla üz-üzə gələcək.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

*** 14:23

Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) Bakıda təşkil olunan dünya çempionatında yarımfinala yüksəlib.

Far.Az report-a istinadən xəbər verir ki, o, 1/4 finalda Yur Spiykersi (Niderland) məğlub edib.

O, yarımfinalda rusiyalı İnal Tasoyevlə üz-üzə gələcək.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

*** 14:07

Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) Bakıda təşkil olunan dünya çempionatında 1/4 finala yüksəlib.

Far.Az report-a istinadən xəbər verir ki, o, 1/8 finalda özbəkistanlı Muzaffarbek Turoboyevi məğlub edib.

C.Qamzatxanov 1/4 finalda Yur Spiykerslə (Niderland) üz-üzə gələcək.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

*** 13:26

Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) Bakıda təşkil olunan dünya çempionatında 1/8 finala yüksəlib.

Far.Az report-a istinadən xəbər verir ki, o, 1/16 finalda Nikita Sviridi (Xorvatiya) üstələyib.

Milli üzvü növbəti mərhələdə özbəkistanlı Muzaffarbek Turoboyevlə qarşılaşacaq.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

***12:38

Azərbaycan cüdoçusu Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırıb.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, qadınların +78 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız 1/16 final mərhələsində İtaliya təmsilçisi Asya Tavano ilə üz-üzə gəlib.

Görüş rəqibin qələbəsi ilə başa çatıb və Kaisinova dünya çempionatını medalsız başa vurub.

Camal Qamzatxanov Bakıda keçirilən dünya çempionatında bürünc medal üçün tatamiyə çıxacaq

***12:04

Azərbaycan cüdoçusu Camal Qamzatxanov Bakıda təşkil olunan dünya çempionatına qələbə ilə start verib.

Far.Az xəbər verir ki, o, 1/32 finalda Çili cüdoçusu Fransisko Solisi ipponla məğlub edib.

C.Qamzatxanov 1/16 finalda Nikita Sviridlə (Xorvatiya) qarşılaşacaq.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

Oxşar xəbərlər

Camal Qamzatxanov Bakıda keçirilən mundialda bürünc medal üçün tatamiyə çıxacaq - YENİLƏNİB-4
Dünya çempionatı: Zelim Tçkayev gümüş medalın sahibi olub - YENİLƏNİB-4
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb - YENİLƏNİB-4
Dünya çempionatı: Camal Qamzatxanov yarımfinala yüksəlib
Dünya çempionatı: Camal Qamzatxanov yarımfinala yüksəlib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər