Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb - YENİLƏNİB-4
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə serbiyalı Nemanya Maydovu məğlub edib.
Bununla da, idmançılarımız günü 1 bürünc medalla başa vurublar. Bu gün mübarizəyə qoşulan Südabə Ağayeva (70 kq), Elcan Hacıyev, və Süleyman Şükürovun (hər ikisi 90 kq) çıxışları uğursuz alınıb.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.
Hidayət Qurbanov
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.
"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda yaponiyalı Qoki Tayimaya uduzub.
O, turnirdəki sonuncu qarşılaşmasında serbiyalı Nemanya Maydovun müqavimətini qırmağa çalışacaq.
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
"Report"un məlumatına görə, milli üzvü 1/4 finalda Aleksa Mitroviçi (Fransa) məğlub edib.
M.Fətiyev yarımfinalda yaponiyalı Qoki Tayima ilə qarşılaşacaq.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.
"Report"un məlumatına görə, milli üzvü 1/8 finalda estoniyalı Klen Kristofer Kalyulaydı məğlub edib.
M.Fətiyev növbəti mərhələdə Aleksa Mitroviçlə (Fransa) qarşılaşacaq.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib.
"Report"un məlumatına görə, milli üzvü 1/16 finalda yunanıstanlı Teodoros Tselidisi məğlub edib.
M.Fətiyev 1/8 finalda estoniyalı Klen Kristofer Kalyulaydla münasibətlərə aydınlıq gətirəcək.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.
Oxşar xəbərlər
Dünya çempionatı: Zelim Tçkayev gümüş medalın sahibi olub - YENİLƏNİB-4
Dünya çempionatı: Ömər Rəcəbli bürünc medal qazanıb - YENİLƏNİB-4
AÇ: Zelim Kotsoyev diskvalifikasiya edilib, Azərbaycan yığması turniri 4 medalla başa vurub - YENİLƏNİB-6
Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempipnatında yarımfinala yüksəlib
Dünya çempionatı: Murad Fətiyev bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir
-
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ













