Dünya çempionatı: Ömər Rəcəbli bürünc medal qazanıb - YENİLƏNİB-4
Far.Az xəbər saytı

Dünya çempionatı: Ömər Rəcəbli bürünc medal qazanıb - YENİLƏNİB-4


Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

"Far.Az"un məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən idmançı yarışdakı sonuncu qarşılaşmasında qazaxıstanlı Abilayxan Zubanazarla üz-üzə gəlib.

Rəqibini məğlub edən Ö. Rəcəbli turnirin bürünc mükafatına sahib çıxıb.

Eyni çəkidəki Zelim Tçkayev finalda Tato Qriqalaşvili ilə münasibətlərə aydınlıq gətirəcək.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında bürünc medal uğunda yarışacaq.

"Far.Az"un məlumatına görə, 81 kq çəki dərəcəsində yarışan idmançı təsəlliverici görüşdə sloveniyalı Nake Herkoviçi məğlub edib.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında təsəlliverici görüşə çıxacaq.

"Far.Az"un məlumatına görə, 81 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda serbiyalı Mihaylo Siminə məğlub olub.

Azərbaycan təmsilçisi təsəlliverici görüşdə sloveniyalı Nake Herkoviçlə qarşılaşacaq.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə əldə edib.

"Far.Az"un məlumatına görə, 81 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda özbəkistanlı Murodjon Yuldoşevə qalib gəlib.

Azərbaycan təmsilçisi növbəti mərhələdə serbiyalı Mihaylo Siminlə üz-üzə gələcək.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/8 finala adlayıb.

"Far.Az"un məlumatına görə, 81 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda Sibqatullah Arabı (IRT) məğlub edib.

Ö.Rəcəbli növbəti mərhələdə özbəkistanlı Murodjon Yuldoşevlə qarşılaşacaq.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.

Oxşar xəbərlər

Dünya çempionatı: Zelim Tçkayev gümüş medalın sahibi olub - YENİLƏNİB-4
Dünya çempionatı: Zelim Tçkayev finala vəsiqə qazanıb - YENİLƏNİB-3
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - YENİLƏNİB-4
AÇ: Zelim Kotsoyev diskvalifikasiya edilib, Azərbaycan yığması turniri 4 medalla başa vurub - YENİLƏNİB-6
Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal qazanıb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər