Avropa Şurasında Rusiya-Gürcüstan münaqişəsi müzakirə edilib
Far.Az xəbər saytı

Avropa Şurasında Rusiya-Gürcüstan münaqişəsi müzakirə edilib


Strasburqda Avropa Şurası Baş katibinin Gürcüstandakı münaqişə ilə bağlı 34-cü konsolidasiya olunmuş hesabatı müzakirəyə çıxarılıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Avropa Şurasının Baş katibi Alen Bersetin təqdim etdiyi hesabat 2026-cı ilin aprel-sentyabr aylarında Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş bölgələrində baş verən hadisələri əhatə edir.

İclasda çıxış edən Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia Rusiya-Gürcüstan münaqişəsi ilə bağlı məsələlərin Avropa Şurasının gündəliyində saxlanılmasının vacibliyini vurğulayıb.

Nazir müavini işğal olunmuş ərazilərdəki təhlükəsizlik, humanitar və insan hüquqları vəziyyəti barədə məlumat verib. O, Gürcüstan hökumətinin münaqişənin sülh yolu ilə həlli siyasətinə sadiqliyini bir daha təsdiqləyib.

Avropa Şurasının Baş katibi Alen Berset isə Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə güclü dəstəyini ifadə edib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər