Dünya çempionatı: Zelim Tçkayev gümüş medalın sahibi olub - YENİLƏNİB-4
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Z.Tçkayev gümüş mükafatla kifayətlənib.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda qazaxıstanlı Abilayxan Zubanazarla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Z.Tçkayev qızıl medal uğrunda görüşə vəsiqə əldə edib. O, son qarşılaşmasında gürcüstanlı Tato Qriqalaşvili ilə münasibətlərə aydınlıq gətirəcək.
A.Zubanazar isə bürünc medal uğrunda görüşdə Azərbaycan millisinin üzvü Ömər Rəcəbli ilə qarşılaşacaq.
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda belçikalı Mattias Kasse ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Z.Tçkayev yarımfinala vəsiqə qazanıb.
O, finala gedən yolda qazaxıstanlı Abilayxan Zubanazarla görüşəcək.
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşvili ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən Z.Tçkayev 1/4 finala adlayıb.
Onun növbəti raunddakı rəqibi belçikalı Mattias Kasse olacaq.
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatındakı ilk görüşündə qələbə qazanaraq növbəti mərhələyə adlayıb.
"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda Viktor Sterpu (Moldova) ilə üz-üzə gəlib.
Rəqibini ipponla məğlub edən Z.Tçkayev 1/8 finala vəsiqə qazanıb. O, növbəti raundda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşvili ilə qarşılaşacaq.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
Oxşar xəbərlər
Dünya çempionatı: Ömər Rəcəbli bürünc medal qazanıb - YENİLƏNİB-4
Dünya çempionatı: Zelim Tçkayev finala vəsiqə qazanıb - YENİLƏNİB-3
Əhməd Yusifov dünya çempionatında finala vəsiqə qazanıb - YENİLƏNİB-3
Avropa çempionatı: Şəfəq Həmidova bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB-12
AÇ: Zelim Kotsoyev diskvalifikasiya edilib, Azərbaycan yığması turniri 4 medalla başa vurub - YENİLƏNİB-6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü













