Azərbaycan fındığının Çin bazarına ixracına başlanılıb
Azərbaycan fındığının Çin bazarına ixracına başlanılıb.
Bu barədə "Report"a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Qeyd edilib ki, ilk dəfə olaraq müvafiq şirkət tərəfindən 21 ton qabığı təmizlənmiş fındıq (fındıq ləpəsi) Çin bazarına ixrac edilib.
"Bu ixrac AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında fındıq və badamın karantin və sanitariya tələblərinə dair imzalanmış Protokol çərçivəsində reallaşıb. AQTA-nın dəstəyi ilə görülən tədbirlər nəticəsində müəssisə Çinə qabığı təmizlənmiş fındıq ixrac etmək üçün rəsmi icazə alıb".
Vurğulanıb ki, Çin tərəfinin müəyyən etdiyi fitosanitar və qida təhlükəsizliyi tələblərinə tam cavab verən ilk partiya müvafiq sertifikatlarla təmin olunub:
"Azərbaycan fındığının bu nəhəng bazara çıxışı yerli istehsalçılar üçün yeni ixrac imkanları açır", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib













