"PAŞA Bank" COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"PAŞA Bank" ASC 12 noyabr 2026-cı il tarixində Türkiyənin Antalya şəhərində keçirilən COP31 beynəlxalq iqlim konfransı çərçivəsində təşkil olunan yüksək səviyyəli dialoqda iştirak edib. Azərbaycan Pavilyonunda baş tutan tədbirdə yaşıl sənayeləşmə, enerji keçidi və iqlimə davamlı infrastruktur layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə olunub.
"İqlim öhdəliklərindən rəqabətqabiliyyətli və investisiya üçün cəlbedici layihələrə doğru" mövzusunda keçirilən tədbir dövlət qurumlarının, beynəlxalq təşkilatların, maliyyə institutlarının və özəl sektorun nümayəndələrini bir araya gətirib. Dialoq iqlim hədəflərinin real investisiya layihələrinə çevrilməsi və bu istiqamətdə əməkdaşlıq imkanlarının genişləndirilməsinə həsr olunub.
Tədbirin enerji tərəfdaşlıqları və iqlimə davamlı infrastrukturun maliyyələşdirilməsinə həsr olunan ikinci sessiyasında "PAŞA Bank"ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev çıxış edib.
B. Nağıyev çıxışında bankların enerji və infrastruktur layihələrinə erkən mərhələdən cəlb olunmasının vacibliyini vurğulayıb: "İqlim hədəflərinin real layihələrə çevrilməsində bankların mühüm rolu var. Maliyyə institutlarının layihələrə hələ planlaşdırma mərhələsində qoşulması maliyyələşdirmə şərtlərini və tələblərini əvvəlcədən müəyyənləşdirməyə, layihələrin maliyyə strukturunu daha düzgün qurmağa imkan verir. Bu yanaşma maliyyəyə əlçatanlığı asanlaşdırır".
Sessiyada həmçinin layihələrin maliyyə dayanıqlığı, risklərin bölüşdürülməsi, uzunmüddətli maliyyələşdirmə imkanları və bizneslə maliyyə institutları arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Panel müzakirəsində "PAŞA Bank"la yanaşı, "ACWA Power", "DZ Bank AG", "Fortescue", Qazaxıstan İnkişaf Bankı, SOCAR, "Baker Hughes" və digər yerli və beynəlxalq qurumların rəhbər şəxsləri də çıxış ediblər.
Dayanıqlı maliyyələşdirmə "PAŞA Bank"ın strateji prioritetlərindən biridir. Bank bərpa olunan enerji və iqlimə davamlı infrastruktur layihələrinin maliyyələşdirilməsini dəstəkləyir, yaşıl iqtisadiyyata keçidə töhfə verən tərəfdaşlıqların inkişafına önəm verir.
Oxşar xəbərlər
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib













