Bakıda dövlət qurumlarının iş vaxtı dəyişdi: İkiaylıq sınaq tıxacı azaltdımı?
Bakı şəhəri və ətraf ərazilərdə yerləşən dövlət orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus hüquqi, eləcə də dövlət adından yaradılan publik hüquqi şəxslərdə 2026-cı ilin sentyabrın 15-dən başlayaraq 2 ay müddətində sınaq məqsədilə dəyişkən iş qrafiki tətbiq olunub. Qeyd olunan qurumlarda iş vaxtı 3 müxtəlif rejimdə (08:00-17:00, 09:00-18:00 və 09:30-18:30) və hər rejim üzrə işçilərin 30 faizindən az olmaması şərtilə təşkil edilib.
Qeyd olunan aralıqda nəqliyyat sıxlığının aidiyyəti dövlət orqanları tərəfindən qiymətləndirilməsi aparılmalı və sınaq nəticələrinin təhlilinə uyğun olaraq iş rejimi ilə bağlı yekun təkliflər hazırlanmalı idi.
Görəsən, sözügedən iş rejiminin nəticələri necədir?
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, qrafik effektiv olub.
"Şəhərdə sıxlığın qismən azaldığını müşahidə edirdik. Bu, xüsusilə oktyabrın birinci yarısında hiss olundu. Həmin dövrdə həm sıxlıq, həm də tıxaclar bir qədər azalmışdı. İndi isə sıxlıq yenidən nəzərə çarpır. Görünür, qrafikə əməl etməyən qurumlar da var. Buna ciddi nəzarət tələb edilir. Hesab edirəm ki, qrafik müddətsiz tətbiq olunmalıdır. Həm orta, həm də ali məktəblərdə dərs saatlarının dəyişdirilməsi olduqca vacibdir, bunu üçün konkret addımlar atılmalıdır. Sözügedən məsələ Prezidentin imzaladığı "2025-2030-cu illəri əhatə edən Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı"nda təsbit olunub. Sənəddə nəzərdə tutulan bu tədbir mütləq həyata keçirilməlidir".
O, yeni sistemin tətbiq müddətinin uzadılmasının tərəfdarıdır:
Oxşar xəbərlər
"28 May"da vəziyyət necədir? - FOTOLAR
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub













