"Bloomberg" ABŞ-yə aid "F-35" hissələrinin Çinə necə gedib çıxdığını aydınlaşdırıb
Far.Az xəbər saytı

"Bloomberg" ABŞ-yə aid "F-35" hissələrinin Çinə necə gedib çıxdığını aydınlaşdırıb


ABŞ-nin beşinci nəsil "F-35" qırıcısının komplektləşdirici hissələri hərbi təyinatlı məhsulların daşınmasına qoyulan məhdudiyyətlərə baxmayaraq, səhvən Honkonq vasitəsilə göndərilib.

"Report"un "Bloomberg"ə istinadən məlumatına görə, buna səbəb belə bir marşrutun yolverilməzliyi barədə xəbərdarlıq məktubunu gözdən qaçıran şirkət əməkdaşının diqqətsizliyi olub.

Tərkibində "F-35"in kabin örtüyü və silah bölməsinin lükü olan yükün Avstraliyadan San-Fransiskoya çatdırılması planlaşdırılırdı. Göndərişdəki gecikmədən sonra çatdırılmanı sürətləndirmək üçün marşrutun dəyişdirilməsinə qərar verilib və komplektləşdirici hissələr Honkonq vasitəsilə yönləndirilib.

Bu cür tranzit ABŞ-nin Beynəlxalq Silah Ticarəti Qaydalarına zidddir.

Hadisədən sonra Pentaqon və ABŞ Dövlət Departamenti araşdırmalara başlayıb. Konqres üzvləri həmçinin ABŞ hərbi məhsullarının qlobal tədarük sisteminin yoxlanılmasını tələb ediblər.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər