Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
Far.Az xəbər saytı

Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb


Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.

Bu barədə "Far.Az"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Oktyabrın 11-də startı verilən hazırlıq prosesi 2 həftə davam edəcək. 24 oktyabr – 1 noyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada təşkil ediləcək dünya çempionatına hazırlıq xarakteri daşıyan toplanışda taktika və texnikanın təkmilləşdirilməsinə üstünlük veriləcək. Fiziki gücün və dözümlülüyün artırılması üçün məşqlər də proqramda nəzərdə tutulub.

Dünya çempionatının son hazırlıq prosesində baş məşqçi Xetaq Qazyumov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında aşağıdakı güləşçilər iştirak edir:

57 kq: İslam Bazarqanov, Muhəmməd İsmayılov, Hüseyn Hüseynov

61 kq: Nürəddin Novruzov, Camal Abbasov, Muhəmmədəli Əlizadə

65 kq: Rəşid Babazadə, Əli Rəhimzadə, Ruslan Abdullayev

70 kq: Kənan Heybətov, Zirəddin Bayramov, Hacı Kərimov

74 kq: Turan Bayramov, Murad Yevloyev, Musa Verdiyev

79 kq: Cəbrayıl Hacıyev, Fərid Cabbarov, Sahib Dadaşov

86 kq: Arseniy Djioyev, Muradxan Omarov, Əşrəf Aşırov

92 kq: Ali Tsokayev, Osman Nurmaqomedov, Abubakr Abakarov

97 kq: Maqomedxan Maqomedov, Rəvan Musayev

125 kq: Giorgi Meşvildişvili, Yusif Dursunov, Muxamad Qantemirov

Toplanışın keyfiyyətini və sparrinq sayını artırmaq məqsədilə böyük məşqçi Əşrəf Əliyev və məşqçi Əsgərxan Novruzovun rəhbərliyi altında U-20 millisinin 12 üzvü də hazırlıq prosesinə cəlb edilib.

Qeyd edək ki, mundialda sərbəst güləş üzrə yarış oktyabrın 29-dan noyabrın 1-dək davam edəcək.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər