Von der Leyen Zelenskinin atəşkəs çağırışını dəstəklədi: Ukraynaya 3 milyard avro ayrılır
Far.Az xəbər saytı

Von der Leyen Zelenskinin atəşkəs çağırışını dəstəklədi: Ukraynaya 3 milyard avro ayrılır


Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Ukrayna Prezidenti Volodimir Zelenskinin enerji infrastrukturu və ərzaq təchizatının qorunması məqsədilə atəşkəs elan edilməsi çağırışını dəstəkləyib. O, Avropa İttifaqının Ukraynaya əlavə hərbi dəstək göstərəcəyini də açıqlayıb.

Far.Az xəbər verir ki, tərəflər arasında keçirilən görüşdən sonra həm fon der Leyen, həm də Zelenski bununla bağlı açıqlama veriblər.

Fon der Leyen bildirib ki, Ukrayna bu həftə keçiriləcək Avropa İttifaqı liderlərinin sammitinin əsas müzakirə mövzularından biri olacaq. Onun sözlərinə görə, Kiyevə pilotsuz uçuş aparatları və raketlər üçün əlavə maliyyə ayrılması, eləcə də müdafiə imkanlarının gücləndirilməsi nəzərdə tutulur.

Zelenski isə Ukraynaya təxminən 3 milyard avro həcmində əlavə hərbi yardım ayrılacağının təsdiqləndiyini bildirib. O, daha əvvəl təqdim edilən 1,24 milyard avroluq müdafiə dəstəyinə görə Avropa İttifaqına təşəkkür edib.

Ukrayna Prezidenti həmçinin Rusiyanın Kiyev və Xarkov vilayətində enerji obyektlərinə hücum etdiyini, bunun bəzi ərazilərdə elektrik kəsintilərinə səbəb olduğunu qeyd edib. Zelenski hücumların ABŞ Prezidenti Donald Trampın enerji atəşkəsi ilə bağlı açıqlamasından sonra baş verdiyini vurğulayıb.

Tərəflər Ukraynanın Avropa İttifaqına üzvlük prosesi çərçivəsində danışıqların növbəti mərhələlərinə hazırlıq və gələcək addımların əlaqələndirilməsi barədə də razılığa gəliblər.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
McDonald"s Azərbaycan dünya çempionu olan gənc karateçini dəstəklədi
İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər