Amerikan kəşfiyyat təyyarəsi Krım yaxınlığında görüntülənib
Far.Az xəbər saytı

Amerikan kəşfiyyat təyyarəsi Krım yaxınlığında görüntülənib


ABŞ-yə məxsus kəşfiyyat təyyarəsi Qara dəniz üzərində, Krım yarımadasından yüzlərlə kilometr məsafədə müşahidə olunub.

Far.Az xəbər verir ki, Bombardier ARTEMIS II təyyarəsi əvvəlcə Rumıniyadakı Mixail Koqelniçanu aviabazasından havaya qalxaraq şərq istiqamətində hərəkət edib.

Məlumata görə, təyyarə Moskva vaxtı ilə saat 10:50-də Qara dənizin üzərində, Krımdan yüzlərlə kilometr aralıda olub. Saat 11:00-dan sonra Türkiyənin Trabzon şəhəri səviyyəsində dənizin şərq hissəsində dövrələr vurmağa başlayıb.

Saat 13:00-a yaxın isə təyyarə Qara dənizin şərq hissəsindən Gürcüstan istiqamətində hərəkət edib.

Qeyd edək ki, Bombardier ARTEMIS II biznes-jet əsasında hazırlanmış və hərbi kəşfiyyat məqsədilə istifadə olunan təyyarədir.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
"Artemis II" missiyası rekord qırdı: Astronavtlar Ayın cazibə zonasına daxil oldu
SOCAR-ın dəstəyi ilə hazırlanmış "Qara qızılın sirri" adlı kitabın təqdimatı keçirilib
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim mərasimində iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər