"Artemis II" missiyası rekord qırdı: Astronavtlar Ayın cazibə zonasına daxil oldu
NASA-nın həyata keçirdiyi Artemis II missiyası çərçivəsində astronavtlar tarixi rekorda imza atıblar.
Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, ekipaj Yer kürəsindən təxminən 406 min 700 kilometr uzaqlaşaraq insanlı kosmik uçuşlar üzrə ən uzaq məsafə rekordunu yeniləyib.
Bununla da 1970-ci ildə Apollo 13 missiyası zamanı qeydə alınan 400 min 171 kilometrlik rekord geridə qalıb. Yeni göstərici əvvəlki rekordu təxminən 6 min 600 kilometr üstələyib.
Missiya zamanı astronavtlar Ayın cazibə sahəsinə daxil olublar. NASA-nın sosial şəbəkə hesabında bunun "insanlıq tarixi üçün yeni bir dönüm nöqtəsi" olduğu vurğulanıb. Qeyd edilib ki, 50 ildən artıq fasilədən sonra Ay istiqamətində həyata keçirilən ilk insanlı uçuş böyük əhəmiyyət daşıyır.
Ayın arxa hissəsindən keçid zamanı qısa müddətli rabitə kəsintiləri də yaşanıb. Buna səbəb Ayın Yer ilə NASA-nın dərin kosmos rabitə sistemi arasında yerləşməsi olub.
Missiya aprelin 1-də start götürüb. Dörd nəfərlik ekipaj uçuş müddətində kosmik gəminin sistemlərini sınaqdan keçirəcək, Ayın daha əvvəl müşahidə olunmayan hissələrini görüntüləyəcək və gələcək enişlər üçün potensial əraziləri araşdıracaq.
Ekipajda NASA astronavtları Reid Wiseman, Victor Glover və Christina Koch, həmçinin Kanada Kosmik Agentliyinin astronavtı Jeremy Hansen yer alır.
Qalereya
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB
-
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırıb
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır













