SEPAH: Hörmüz boğazında üçüncü neft tankeri minaya düşüb
Far.Az xəbər saytı

SEPAH: Hörmüz boğazında üçüncü neft tankeri minaya düşüb


Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb.

"Far.Az" IRIB-yə istinadən xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bununla bağlı bəyanat yayıb.

"Qaydanı pozan bir supertanker bu gün axşamüstü Hörmüz boğazının cənub hissəsində dəniz minasına çırpılıb, mühərrik otağında partlayış və yanğın olub", - məlumatda deyilir.

Bildirilib ki, Hörmüz boğazından çıxmaq istəyən xam neft yüklü bu gəmi bütün naviqasiya sistemlərini söndürüb: "Gəmi Hörmüz boğazının qanunlarını (İranın elan etdiyi qaydalar – red.) pozub və icazə verilməyən marşrutdan keçdiyinə görə qəzaya uğrayıb.

Bu, ötən gündən indiyədək Hörmüz boğazının icazə verilməyən marşrutunda dəniz minalarına çırpılaraq yanğına məruz qalan, qaydanı pozan üçüncü neft tankeridir".

SEPAH-ın Hərbi Dəniz Qüvvələri bəyan edib ki, Hörmüz boğazı ərazisində naviqasiya, tanınma sistemlərini söndürən bütün gəmilər düşmən kimi tanınacaq və onlara qarşı sərt tədbirlər görüləcək.

Xatırladaq ki, İran tərəfi dünən də iri neft tankerinin Hörmüz boğazında minaya düşdüyünü açıqlayıb. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir.

Oxşar xəbərlər

Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər