Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Far.Az xəbər saytı

Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək


Türkiyə yaxın həftələrdə Səudiyyə Ərəbistanına məhdud sayda hərbçi və hərbi texnika göndərərək krallıqdakı hərbi mövcudluğunu artırmağı planlaşdırır.

"Far.Az" xəbər verir ki, bu barədə "Middle East Eye" nəşri türkiyəli rəsmilərə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə 2025-ci ildən etibarən Səudiyyə Ərəbistanında onun kritik əhəmiyyətli infrastrukturunun qorunması məqsədilə texniki qruplar, hava hücumundan müdafiə vasitələri və elektron müharibə sistemləri yerləşdirir.

Odur ki, Türkiyə 2010-cu ildə imzalanmış ikitərəfli saziş əsasında texniki məqsədlərlə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərə bilər. Hərbi mövcudluğun genişləndirilməsi üçün isə Türkiyə parlamentinin razılığı tələb olunur.

Nəşrin məlumatına görə, Türkiyə parlamentinin müvafiq mandatı oktyabr ayı ərzində təsdiqləyəcəyi gözlənilir. Bundan sonra Səudiyyə Ərəbistanına xüsusi təyinatlılar, pilotlar və təyyarələr göndərilə bilər. "Biz böyük sayda hərbçi göndərməyi və Yəməndəki vəziyyətə birbaşa müdaxilə etməyi planlaşdırmırıq", – deyə Türkiyənin yüksək vəzifəli rəsmilərindən biri "Middle East Eye"a bildirib.

Daha əvvəl məlumat yayılmışdı ki, Məkkə alyansının – Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin iştirak etdiyi təhlükəsizlik formatının üzvləri birgə müdafiə öhdəliklərinin praktiki şəkildə həyata keçirilməsinə və Səudiyyə Ərəbistanı ərazisində hərbi qüvvələrin yerləşdirilməsinə dərhal başlanılması barədə qərar qəbul ediblər.

Qərar oktyabrın 5-də Ər-Riyadda alyansın Strateji Siyasi-Hərbi Komitəsinin fövqəladə iclasında qəbul olunub. Görüşün yekunlarına dair birgə bəyanatda qeyd edilib ki, hərbi qüvvələrin köçürülməsi alyans iştirakçısı olan ölkələrin milli qanunvericiliyinə uyğun şəkildə həyata keçiriləcək.

Oxşar xəbərlər

Azad edilmiş ərazilərdə bu ilin birinci yarısında 840 yeni iş yeri yaradılıb
Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər