GECO: "Yaşıl Enerji Dəhlizi" üzrə nazirlər noyabrın sonunda görüşəcək
"Yaşıl Enerji Dəhlizi" üzrə nazirlər noyabrın sonunda görüşəcək.
"Report" xəbər verir ki, bunu "Green Energy Corridor Power Company" (GECO) şirkətinin nümayəndəsi Yusif Qayıbov Bakıda keçirilən "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, "yaşıl enerji" və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi" mövzusunda Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında strateji tərəfdaşlıq haqqında saziş var: "Həmçinin, 2024-cü ildən fəaliyyət göstərən "Yaşıl Enerji Dəhlizi" birgə müəssisəsi (JCO) mövcuddur. Bu layihəni reallaşdırmaq üçün JCO-nun öz komandası, büdcəsi və ehtiyac duyulan bütün resursları var. Başqa amil idarəetmə və öhdəliklərdir. Son dörd ildə nazirlərimiz və əlaqədar qurumların rəhbərləri 12 dəfə görüşüblər. Növbəti nazirlər görüşünün isə noyabr ayının sonunda keçirilməsi nəzərdə tutulub. Bu, qərar qəbul edən şəxslərdən yüksək səviyyəli dəstək almağa imkan yaradır. Görüşlər zamanı çətinliklər və məsələlər müzakirə olunur, problemlərin həlli ilə bağlı qərarlar qəbul edilir, konkret həll yolları müəyyənləşdirilir. Bu, çoxsaylı maraqlı tərəfləri və ölkələri əhatə edən mürəkkəb layihədir".
"Digər mühüm amil isə layihənin əvvəllər elektrik enerjisi baxımından bir-biri ilə birbaşa əlaqələndirilməmiş dörd ölkəni birləşdirməsidir. Bütün bunlar layihənin reallaşdırılmasına əlavə stimul verən amillərdir. Bununla yanaşı, layihənin həyata keçirilməsi üçün müxtəlif maraqlı tərəflərin, o cümlədən bankların, şirkətlərin, beynəlxalq maliyyə institutlarının (IFI) və özəl sektorun dəstəyinə ehtiyacımız var. Beləliklə, risklərin bölüşdürülməsi mümkündür. Yəni, bu mühüm layihənin reallaşdırılması üçün hər bir tərəf müəyyən məsuliyyəti öz üzərinə götürə bilər", - deyə Y.Qayılov əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib
-
Fransa Senatı polisin silah tətbiqinə dair qanun layihəsini təsdiqləyib
-
İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir













