Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
Far.Az xəbər saytı

Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub


Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub, qanunvericilik orqanları arasında əməkdaşlığın ölkələr arasında əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb.

"Far.Az" xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova ilə Kambocanın Baş naziri Hun Manetin görüşündə müzakirə aparılıb.

Bildirilib ki, hər iki ölkənin parlamentləri Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi kimi mühüm parlament platformalarında yaxından əməkdaşlıq edirlər.

Eyni zamanda iki ölkə arasında siyasi əlaqələrə də toxunularaq qeyd olunub ki, Azərbaycanın hakim partiyası olan Yeni Azərbaycan Partiyası ilə Kamboca Xalq Partiyası arasında sıx əməkdaşlıq mövcuddur.

Kambocanın Baş naziri humanitar sahədə əlaqələrin əhəmiyyətini vurğulayaraq, sovet dövründə Azərbaycanın ali təhsil ocaqlarından yüzlərlə kambocalı gəncin məzun olduğunu və bu təcrübənin indi də davam etdirildiyini məmnunluqla vurğulayıb.

Görüşdə coğrafi uzaqlığa baxmayaraq, Azərbaycan və Kamboca arasında mövcud olan müsbət siyasi dialoqun bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığı da qeyd olunub.

Oxşar xəbərlər

Sahibə Qafarova BƏƏ-dən olan həmkarı ilə parlamentlərarası əlaqələri müzakirə edib
Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb
"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər