Sahibə Qafarova BƏƏ-dən olan həmkarı ilə parlamentlərarası əlaqələri müzakirə edib
Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində bu ölkənin Federal Milli Şurasının sədri Saqr Qobaşla görüşüb.
Far.Az xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin dinamik və hərtərəfli inkişafından məmnunluq ifadə olunub, tarixi, dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrin arasında strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələr üzrə yüksək səviyyədə inkişaf etdiyi qeyd olunub.
Vurğulanıb ki, iki ölkənin liderlərinin birgə səyləri və şəxsi münasibətləri Azərbaycan ilə BƏƏ arasında, habelə iki xalq arasında əlaqələrin daha da dərinləşməsinə imkan verib və bu gün ölkələr bir çox sahələrdə geniş və uğurlu əlaqələrə malikdir.
Milli Məclisin sədri Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görüldüyünü xatırladaraq, Azərbaycanın dövlət başçısının BƏƏ-nin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyan belə nüfuzlu mükafata layiq görülməsinin yüksək qiymətləndirildiyini bildirib.
Söhbət zamanı parlamentlərarası əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkələr arasında yüksək səviyyəli əlaqələr parlament platformasında da uğurla davam etdirilir və son dövrlər qanunvericilik orqanlarımız arasında təmaslar və qarşılıqlı səfərlər daha da artıb.
S.Qafarova ötən il özünün BƏƏ-yə, S.Qobaşın isə Azərbaycana rəsmi səfərlərini xatırlayaraq, bu səfər və görüşlərin, həmçinin, parlamentlər arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının əlaqələrin daha da dərinləşməsinə imkan verdiyini bildirib. O cümlədən, parlamentlərimizin beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlığından məmnunluq ifadə olunub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Elşən Həsənov: Azərbaycanda kiber ordu ilə bağlı müəyyən institusional fəaliyyət mövcuddur













