Oktyabrın ilk yarısında temperatur normadan 5 dərəcə yüksək olub
Far.Az xəbər saytı

Oktyabrın ilk yarısında temperatur normadan 5 dərəcə yüksək olub


Oktyabr ayında keçid dövrünə xas hava şəraiti müşahidə edilir.

Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, isti hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində havanın temperaturu yüksəlir.

Bu ilin oktyabr ayının ötən günlərində Bakıda 26, bölgələrdə isə 30 dərəcəyədək isti qeydə alınıb. Havanın temperaturu iqlim norması ilə müqayisədə 9 gün normadan yuxarı, 3 gün normadan aşağı, 1 gün isə normaya yaxın olub. Oktyabrın 13-də temperatur normadan 5 dərəcə yuxarı, 3-də isə 5,5 dərəcə aşağı qeydə alınıb.

13 gün ərzində havanın orta aylıq temperaturunun normadan fərqi 2,9 dərəcə təşkil edib. 2012-ci ildə isə bu göstərici 3,1 dərəcə olub.

Çoxillik meteoroloji müşahidə məlumatlarının təhlilinə əsasən, ən isti hava 2012-ci il oktyabrın 9-da qeydə alınıb. Həmin gün Bakıda havanın maksimal temperaturu 32,7 dərəcə isti olub.

Həftə sonunadək ölkə ərazisində hava şəraitinin sabit və əsasən yağmursuz keçəcəyi gözlənilir. Bununla belə, axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Cənub-şərq küləkləri üstünlük təşkil edəcək.

Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 23–28, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 26–31, dağlıq rayonlarda isə 21–26 dərəcə isti olacağı gözlənilir.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq - AYLIQ PROQNOZ
Dekabrın ilk ongünlüyündə hava yağıntılı olacaq
Dekabrda orta aylıq temperatur iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Oktyabr ayı üzrə hava PROQNOZU - Yağıntılı günlər, dəyişkən temperatur gözlənilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər