AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirilib
Bakıda Azərbaycanın sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirilib.
Bu barədə "Far.Az"a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, iclasda 15 oktyabr tarixində Bakıda keçiriləcək AQEM-in Yeddinci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib.
AQEM çərçivəsində Azərbaycanın son iki ildə sədrliyi çərçivəsində həyata keçirilmiş fəaliyyət, AQEM üzv dövlətləri arasında əməkdaşlığın gələcək istiqamətləri, habelə Müşavirənin təşkilati məsələlərinə həsr edilmiş sənəd layihələri üzrə razılıq əldə olunub, layihələrin Zirvə Görüşünə təqdim edilməsi barədə müvafiq qərar qəbul edilib.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Bakıda III Milli Rəqabət Forumu keçirilir
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlib
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər













