"Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Oktyabrın 13-də "Sabah" futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qeyd edilib ki, məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Marşrutların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsi (kənar yol), Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə təşkil ediləcək. "Koroğlu" NMM istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək.
Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının əsas mərhələsində Çexiyanın "Slaviya Praqa" klubu ilə sabah saat 20:45-də Bakı Olimpiya Stadionunda qarşılaşacaq.
Oxşar xəbərlər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! marşrutların hərəkət sxemi...
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
Biləcəri-Yalama dəmir yolunu elektrikləşdirmək 450 milyon dollara başa gələcək













