Dövlət işçiləri Milli Rəqəmsal Savadlılıq Təlim Proqramına qatılacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən dövlət qulluqçuları və dövlət qurumlarının əməkdaşları üçün "Rəqəmsal Üfüqlər" Milli Rəqəmsal Savadlılıq Təlim Proqramına start veriləcək.
"Report" İRİA-ya istinadən xəbər verir ki, proqram dövlət sektorunda rəqəmsal bacarıqların sistemli şəkildə inkişaf etdirilməsi, dövlət idarəçiliyində rəqəmsal transformasiyanın sürətləndirilməsi və əməkdaşların müasir texnologiyalardan səmərəli və təhlükəsiz istifadə səriştələrinin gücləndirilməsi məqsədi daşıyır.
Təşəbbüs çərçivəsində dövlət qulluqçuları və dövlət qurumlarının əməkdaşlarının rəqəmsal savadlılığının artırılması, eləcə də süni intellekt və kibertəhlükəsizlik sahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur.
Təlimlər rəqəmsal platforma üzərindən onlayn formatda, tam ödənişsiz əsasda keçiriləcək və rəhbər şəxslər, mütəxəssislər də daxil olmaqla, dövlət qurumlarının bütün əməkdaşlarına şamil olunacaq.
Proqramın tədris məzmunu Avropa İttifaqının rəqəmsal bacarıqlar üzrə kompetensiya çərçivəsi olan DigComp 3.0 əsasında hazırlanıb. İştirakçılar bilik səviyyələrinə uyğun təlimlərə cəlb olunacaq və proqramı uğurla başa vuran şəxslər sertifikatla təltif ediləcəklər.
"Rəqəmsal Üfüqlər" Proqramı Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsi üzrə 2026–2028-ci illər üçün Fəaliyyət Planının 8.1.12-ci yarımbəndi ilə dövlət orqanlarında (qurumlarında) vəzifəli şəxslərin rəqəmsal inkişaf sahəsində səriştələrinin, bilik və bacarıqlarının artırılması, həmçinin Rəqəmsal İnkişaf Konsepsiyasının (2025–2027) 2.4-cü bəndi ilə nəzərdə tutulan rəqəmsal bacarıqların inkişafı tədbirlərinin icrası çərçivəsində həyata keçiriləcək.
Qeyd edək ki, proqram dövlət sektorunda rəqəmsal bacarıqların vahid və beynəlxalq standartlar əsasında inkişaf etdirilməsi və rəqəmsal transformasiyanın insan kapitalı ilə dəstəklənməsi istiqamətində həyata keçirilən təşəbbüsdür.
Oxşar xəbərlər
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Daşkəsəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində ödənişsiz tibbi müayinələr keçirilib
Tanınmış kardioloqlar, kardio-onkoloqlar, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər bir arada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar
-
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi
-
Şəkidə avtoqəza olub, sürücü ölüb













