Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə iyunun 13-də "Son zəng" tədbirləri keçirilib.
Far.Az-ə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu il Xankəndi şəhərindəki 4 nömrəli tam orta məktəbindən 32, Xocalının Ballıca kənd tam orta məktəbindən 15, Xocalı şəhər 1 nömrəli tam orta məktəbindən isə 6 şagird məzun olub.
Ağdərə rayonunda fəaliyyət göstərən Vəngli tam orta məktəbində 3, Həsənriz tam orta məktəbində isə 4 şagird məktəbi başa vuraraq məzun adını qazanıb.
"Son zəng" tədbirlərində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində müasir təhsil infrastrukturunun yaradıldığı, yeni məktəb binalarının tikildiyi, mövcud təhsil ocaqlarının əsaslı təmir və bərpa olunduğu, dövlət tərəfindən şagirdlərin keyfiyyətli təhsil alması üçün hər cür şərait yaradıldığı vurğulanıb.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
Növbəti köç karvanı Vəngli kəndinə çatıb, açarlar təqdim edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













