"Human" 2026-cı ilin sözü seçildi: Süni intellekt insan anlayışını dəyişir
"Cambridge" lüğəti 2026-cı ilin sözünü açıqlayıb. Bu il üçün seçilən söz "human" (insan) olub.
Far.Az xəbər verir ki, lüğətdə bu söz heyvanlardan və maşınlardan fərqli olaraq insanlara xas olan keyfiyyətlər, qüsurlar və duyğulara sahib olmaq kimi izah edilir.
"Cambridge" lüğətinin leksikoqrafı Kolin Makintoş bildirib ki, süni intellekt insan olmağın nə demək olduğu barədə düşüncələrə təsir göstərir.
Onun sözlərinə görə, düşünmə proseslərinin süni intellektə həvalə edilməsi insanların bu texnologiyaya nə dərəcədə güvənməli olduqları ilə bağlı suallar yaradıb. "Human-made" (insan tərəfindən yaradılmış) kimi ifadələrin istifadəsinin artması da insan əməyini süni intellekt məhsullarından fərqləndirmək istəyini göstərir.
"Microsoft"un qurucusu Bill Qeyts də seçimlə bağlı fikirlərini bölüşüb. O bildirib ki, süni intellekt xəstəliklərin müalicəsinə, təhsilin inkişafına və insanların daha çox vaxtını önəm verdikləri işlərə ayırmasına kömək edə bilər.
Qeytsin fikrincə, süni intellektin uğuru insanların həyatını nə dərəcədə yaxşılaşdırması ilə ölçülməlidir.
İlin sözü üçün digər namizədlər arasında "agent", "wholesome" və "analogue" sözləri də olub. Lüğətə əlavə edilən yeni ifadələr sırasında isə sosial şəbəkələrdə işlədilən "aura farming" və "looksmaxxing" terminləri yer alıb.
Oxşar xəbərlər
"Best model of Azerbaijan"ın qalibləri seçildi
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Mənsum İbrahimov bu universitetin "Fəxri Professor"u seçildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













