Tahir Baxşıyev: "Azərbaycanın basketbol klublarından avrokuboklarda qələbə gözləyirik"
Azərbaycanın basketbol komandalarının avrokuboklarda qələbələri səbirsizliklə gözlənilir.
Bunu "Report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) Məşqçilər Departamentinin direktoru Tahir Baxşıyev deyib.
Mütəxəssis cari mövsüm Avropa arenasında "Sabah", "LANDAU Lions", "Neftçi" və "Gəncə" kollektivlərinin çıxışına toxunub:
"Hamımız bu məsələdə səbirsizlənirik. İstəyirik ki, basketbol komandalarımız Avropada tez qələbə qazansınlar. Lakin nəzərə almaq lazımdır ki, biz avrokuboklarda yeni sayılırıq. Basketbolda belə bir termin var: oyunun üçüncü periodunda qalib gələn tərəf qarşılaşmada qələbə qazanır. Gördüyünüz kimi 3 klubumuz üçüncü periodu məğlub başa vurdu. Təkcə "Gəncə" istisna olmaqla. "Gəncə"nin son onlarda gücü çatmadı. Bütün bunların da yeganə səbəbi təcrübədir. Düşünürəm ki, komandalarımız fiziki cəhətdən öz üzərilərində işləsələr, bu cür problemlər azalar. Çünki bütün görüşlərdə sonuncu periodlar hər zaman çətin olur".
O, gələcəkdə Azərbaycan klublarının avrokuboklarda uğurlu çıxış edəcəyinə inandığını vurğulayıb.
Xatırladaq edək ki, "Sabah" FIBA Çempionlar Liqasının müntəzəm mövsümünün II turunda "Trabzonspor"a (Türkiyə) 83:100 hesabı ilə uduzub. FIBA Avropa Kubokunda isə "LANDAU Lions" Slovakiyanın "Prievidza" klubuna 84:108, "Neftçi" Latviyanın VEF kollektivinə 94:110, "Gəncə" isə Yunanıstan təmsilçisi "Kolossos"a 62:80 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
"Real"ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib













