Azərbaycanda ölən gənc əsgər evin tək oğlu imiş - Təfərrüat
Şəmkirdəki "N" saylı hərbi hissədə həlak olan əsgər Orxan Şabanov ailənin tək övladı imiş.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Orxan 1 il 3 ayın əsgəri olub və hərbi xidməti başa vurmasına 3 ay qalıbmış.
O bu ayın əvvəlində nümunəvi əsgər kimi hərbi hissə komandiri tərəfindən məzuniyyətə göndərilibmiş. Məzuniyyəti başa çatan Orxan yenidən hərbi hissəyə qayıdıb və xidmətini davam etdirməyə başlayıb. Oktyabrın 13-də Orxan hərbi hissədə aldığı güllə yarasından dünyasını dəyişib.
Məlumata görə, Orxan uşaq olanda atası ilə anası ayrılıblar və o, anasının himayəsində böyüyübmüş.
***16:25
Azərbaycanda gənc əsgər vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.az-a məlumat daxil olub.
Məlumata görə, gənc əsgər Orxan Şabanov hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib.
O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ciqanla həyat yoldaşı bu səbəbdən ayrılıblar - AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
"Real"ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib













