MDB nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olublar
Bakıda keçirilən MDB-nin iştirakçısı olan dövlətlərin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar.
Bu barədə "Report"a ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev ölkədə həssas əhali qruplarının sosial müdafiəsi sahəsində aparılan işlər barədə məlumat verib.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslər və digər həssas qrupların istedad və bacarıqlarının inkişafına, reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək məqsədinə xidmət etdiyi vurğulanıb.
Mərkəzin direktoru Elnarə Ənsari müəssisədə həssas qruplardan olan şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsi və özünüifadə imkanlarının genişləndirilməsi üçün görülən işləri diqqətə çatdırıb.
Burada benefisiarlara sosial pedaqoji və psixoloji dəstək xidmətlərinin də göstərildiyi, Mərkəzin istedadlarının beynəlxalq əhəmiyyətli tədbirlərdə yaradıcılıq nümunələri ilə uğurla çıxış etdikləri bildirilib, bölgələrdəki DOST Evi filiallarının fəaliyyətindən də bəhs olunub.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər













