Cihad Azur: "Orta Dəhliz Cənubi Qafqazın qlobal iqtisadiyyata inteqrasiyasını gücləndirəcək"
Far.Az xəbər saytı

Cihad Azur: "Orta Dəhliz Cənubi Qafqazın qlobal iqtisadiyyata inteqrasiyasını gücləndirəcək"


Orta Dəhlizə potensial investisiyalar, Çin, Avropa və Yaxın Şərqlə ticarətin artırılması imkanları Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin dünya iqtisadiyyatına inteqrasiyasını gücləndirməsi üçün imkanlardır.

"Far.Az" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur "Yaxın Şərq və Mərkəzi Asiya regional iqtisadiyyatının inkişaf proqnozu" mövzusunda keçirilən brifinq zamanı deyib.

IMF nümayəndəsinin sözlərinə görə, region dövlətləri artıq infrastrukturun inkişafına əhəmiyyətli vəsait yatırırlar, lakin bu proses vaxt tələb edir:

"Orta Dəhlizin potensialı və Çin, Avropa və Yaxın Şərqlə ticarətin genişlənməsi Qafqaz və Mərkəzi Asiya (MA) ölkələrinə qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün geniş imkanlar açır. İnfrastruktura sərmayələrin yatırımları ilə yanaşı, institusional bazanın təkmilləşdirilməsi, özəl sektorun miqyasının genişləndirilməsi, dövlət müəssisələrində islahatların aparılması və dövlətin iqtisadiyyatdakı rolunun optimallaşdırılması uğurlu inteqrasiya üçün əsas şərtlər olaraq qalır".

O qeyd edib ki, region investisiya və miqrasiya axınlarının yenidən istiqamətləndirilməsindən, kapital qoyuluşlarının artırılmasından və logistik marşrutların dəyişməsindən faydalanıb:

"Nəticədə son illərdə bu ölkələrdə iqtisadi artım templəri regionun əksər digər dövlətlərinə nisbətən daha yüksək olub. Proqnozlarımıza görə, 2026-2027-ci illərdə artım templəri tədricən yaxınlaşsa da, eyni zamanda ayrı-ayrı ölkələrin iqtisadi dinamikasında müəyyən fərqlər də müşahidə edirik".

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər