Ceyhun Bayramov çinli həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib – yenilənib
Far.Az xəbər saytı

Ceyhun Bayramov çinli həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib – yenilənib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda işgüzar səfərdə olan Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yi ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə nazirlər yüksək səviyyəli dialoqun, qarşılıqlı etimadın və xalqlar arasında dostluğun ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvəsi olduğunu vurğulayıblar.

Tərəflər 2025-ci ildə qurulmuş hərtərəfli strateji tərəfdaşlığın sürətlə inkişaf etməsini yüksək qiymətləndiriblər. Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı əldə olunan mühüm razılaşmaların əlaqələrin genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı bildirilib. Qeyd olunub ki, 2027-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümü qeyd ediləcək.

Nazirlər ticarət-iqtisadi əlaqələr, investisiyalar, energetika, nəqliyyat, logistika və bağlantılar sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər. Azərbaycanın Asiya ilə Avropa arasında mühüm əlaqələndirici həlqə kimi rolu və Orta Dəhlizin regional və regionlararası bağlantıların gücləndirilməsində artan əhəmiyyəti xüsusi vurğulanıb.

Tərəflər BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək göstərmək əzmini bir daha təsdiqləyiblər.

Görüşdə, həmçinin regional təhlükəsizlik vəziyyəti və son hadisələr ətrafında fikir mübadiləsi aparılıb. Mövcud çağırışların aradan qaldırılmasında davamlı dialoqun, diplomatik təmasların və çoxtərəfli əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Ceyhun Bayramov həmkarına Ermənistanla sülh prosesi, eləcə də Azərbaycanın münaqişədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işləri barədə məlumat verib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun işgüzar səfərlə Bakıya gələn Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yin ilə görüşü başlayıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında məlumat verilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər