Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü
Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə kollecin həyətində baş verib.
Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyib və onlar arasında mübahisə yaranıb.
Mübahisə zamanı Elvin Mirkamilə onunla zarafat etməsini irad tutub. Mirkamil isə ona "Kişi deyilsən?" sualını verib. Nəticədə mübahisə böyüyüb və Elvin Mirkamilə şillə vurub. Şillədən əsəbiləşən Mirkamil Elvinə yumruq zərbələri endirməyə başlayıb. Hadisə nəticəsində Elvin yıxılıb və başı betona dəyib. O, ağır xəsarət alaraq komaya düşüb, xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Mirkamil Mirislamov saxanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə M.Mirislamov 3 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı şərti hesab edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
FHN Bakıda yerləşən kollecdə təlim keçirib
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI
-
Gədəbəydə avtomobil aşıb, ölən var
-
Laçın və Zəngilanda "Səyyar Gənclər Xidməti" fəaliyyət göstərəcək
-
UFC-də qalmaqal böyüyür - Aleks Pereyraya sərt cavab verildi
-
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib
-
Aqşin Ağkəmərli 66 yaşında vəfat etdi













