Nazirlər Kabinetindən "Azərişıq" və "Azərenerji" ödənişləri ilə bağlı YENİ QƏRAR
Far.Az xəbər saytı

Nazirlər Kabinetindən "Azərişıq" və "Azərenerji" ödənişləri ilə bağlı YENİ QƏRAR


Nazirlər Kabineti 14 mart 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası"nda dəyişiklik edib.

Far.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetindən əlavə müraciət daxil olmadığı təqdirdə, hesabat ayının son iş gününün sonuna "Azərişıq" ASC-nin xüsusi bank hesabının qalığı müvəkkil bank tərəfindən "Azərenerji" ASC-nin xüsusi bank hesabına köçürüləcək və bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat veriləcək. İndiyə qədər bu addım Nazirlər Kabineti yanında yaradılmış Komissiyadan müraciət daxil olmadığı təqdirdə atılırdı.

Yenilik Prezident İlham Əliyevin "Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları"nın, eləcə də "Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin)

nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar"ın təsdiq edilməsi haqqında" 29 dekabr 2025-ci il tarixli fərmanının icrası ilə əlaqədar tətbiq edilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər