Bacısına mesaj yazan qaynını bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı
Far.Az xəbər saytı

Bacısına mesaj yazan qaynını bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı


​Abşeron rayonunda qaynını bıçaqlamaqda təqsirləndirilən Nihad Məmmədovun (ad və soyad şərtidir - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Nihad Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

​İttihama əsasən, Nihad qaynı Əsədi bıçaqlamaqda təqsirləndirilib. Belə ki, Nihad Əsədin bacısı ilə ailə qurub və əvvəllər ailələr arasında münasibət normal olub. Bir müddətdən sonra Əsəd Nihadın bacısı ilə tanış olmaq istəyib və ona mesajlar yazıb. Bu məsələdən Nihad və onun ailə üzvləri xəbər tutduqdan sonra ailələr arasında münasibət pozulub.

​Lakin Əsəd yenə də qıza sevgi mesajları yazmaqda davam edib. Nəticədə Nihad həyat yoldaşı ilə boşanma həddinə çatıb. Nihadın həyat yoldaşı qardaşının tərəfini tutaraq ata evinə yollanıb və cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.

​Əsəd və atası qohumları ilə birlikdə Nihadın atasının evinə gələrək gəlinin cehizlərini aparmaq istəyiblər. Bundan xəbər tutan Nihad ata evinə gələrək Əsədi bıçaqlayıb.

​Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Nihad saxlanılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər